AİBA hələlik şərh vermir AİBA hələlik şərh vermir

Ağacan Əbiyev olimpiadadan uzaqlaşdırıldı

AİBA hələlik şərh vermir

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. AzNews.az-ın "Associated Press"-ə istinadən verdiyi xəbərə görə, boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib. Federasiya ancaq Azərbaycan rəsmisinin davranış kodeksini "bir neçə dəfə pozduğunu" deyib. Eyni zamanda, qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks referisi London Olimpiya Oyunlarından uzaqlaşdırılıb. Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) yaydığı bəyanatda deyilir ki, referi Işanquli Meretniyazov vətəninə geri dönür. Referinin geri göndərilmə səbəbi kimi çərşənbə axşamı olan oyunları göstərilir. Qeyd edək ki, Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində "qələbəsinə" kömək etməkdə ittiham edilir. AİBA nəticəni sonradan dəyişib.
Sevinc
AzNews.az