03:43
(077) 610-22-33

Ağacan Əbiyev: “AİBA-nın qərarını ədalətsiz hesab edirəm”-Eksklüziv

  • >
762 3 Avqust 2012 13:04 | İdman

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev AİBA rəhbərliyinin çıxardığı qərarı ədalətsiz hesab edir. Xatırladaq ki, Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) azərbaycanlı mütəxəssisi "davranış qaydaları"nı pozmaqda ittiham edərək, Londonda davam edən 30-cu yay Olimpiya oyunlarından kənarlaşdırmışdır. Əbiyev AzNews.az saytına verdiyi açıqlamada bugün məsələyə aydınlıq gələcəyini bildirmişdir. "Mən bu qərarı təəccüblə qarşıladım. AİBA-nın hansı qaydaları nəzərdə tutduğunu başa düşə bilmirəm. Mən artıq uzun müddətdir ki, müxtəlif yarışlarda – Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında həm hakimlik edirəm, həm də hakimlərin işinə qiymət verirəm. AİBA-nın bütün qaydaları ilə də yaxından tanışam. Bununla belə, mənə qarşı ciddi sanksiyaların tətbiq olunmasını ədalətsiz hesab edirəm. Artıq bugün mən AİBA-nın prezidenti Çinq Kuo-Vu ilə görüşüb, məsələyə aydınlıq gətirməyə çalışacam".

Emin Abbasov
AzNews.az


Bağla X