22:43
(077) 610-22-33

London 2012 -də zəriflərin güclü nəticələri

  • >
610 4 Avqust 2012 11:11 | İdman

Türkiyə qadın basketbol komandası böyük fərqlə Çinə qalib gəlib


London 2012 Olimpiadasında zərif və bəzən də zəif saydığımız qadınıarın komanda oyunlarındakı "güclü" nəticələri maraq doğurur. AzNews.az-ın məlumatına görə, azərbaycanlıların da maraq dairəsində olan Türkiyə qadın basketbol komandası kifayət qədər böyük fərqlə Çin Xalq respublikasına qalib gəlib. Qarşılaşmada Türk qadın basketbolçular səbətdən 82 top keçirməyə müvvəffəq olublar. Çinlilər isə bu toplardan yalnız 55-nin əvəzini çıxa biliblər. Fransa və Böyük Britaniya qarşılaşmasının taleyi isə uzatma dəqiqələrindən sonra müəyyənləşib və mübarizədən faransalılar 80 – 77 hesabı ilə qalib ayrılıblar. Şimal qonşumuz isə Avstraliyaya 66-70 hesabı ilə məğlub olub. Brazilya isə Kanada görüşündə isə ikinci qalib ayrlıb: - 73- 79.

Qadın futbol komandaları arasında dörddəbir finalın nəticələri isə belədir.


Isveç – Fransa: 1- 2

ABŞ – Yeni Zellandiya: 2-0

Brazilya – Yaponiya: 0-2

Böyük Britaniya – Kanada 0-2


Qadın həndbol komandaları isə öz aralarındakı münasibətlərə bu hesablarla aydınlıq gətiriblər.


Anqola – Böyük Britaniya: 31- 25

Cənubi Koreya – Fransa:21- 24

Rusiya – Brazilya: 31- 27


Qadın həndbol komandaları arasında keçrilən qrşılaşmaların nəticələri arasında minimal fərqlə qələbə də qeydə alınıb. Zərif cinsin Ispan nümayəndələri İsveçli həmkarlarına bir top üstün gəliblər - 25- 24.


Sadiq

AzNews.az

Bağla X