15:57
(077) 610-22-33

Bayramov üçün qızıl, Əhmədov üçün bürünc şansı

  • >
464 5 Avqust 2012 19:26 | İdman

Bu gün Azərbaycanın yunan-roma güləşçiləri London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə millimizin iki üzvü öz qüvvəsini sınayacaq. Bunlar Rövşən Bayramovla Emin Əhmədovdu.

Belə ki, 55 kq-da mübarizə aparacaq Rövşən Bayramovun startdakı – 1/16 final mərhələsindəki rəqibi rusiyalı Minqiyan Semyonov olub. Həmyerlimiz bu rəqibini məğlub edib - 1:0, 1:0. Ardından Rövşən amerikalı Tomas Manqoya da eyni aqibəti yaşadıb - 4:0, 4:0. Yarımfinala çıxmaq yolundakı rəqib çinli Li Şujin idi. Bayramov bu rəqibini də məğlub etməyi (3:0, 2:0) və yarımfinala çıxmağı bacarıb. Finala çıxmaq yolunda eyni aqibəti cənubi koreyalı Qyujin Çoya da yaşatmaq lazım idi. Rövşən bunu da bacarıb - 1:0, 2:0. Nəhayət, Bayramovun finaldakı rəqibi iranlı Soryan Reyhanpur olacaq.

74 kq çəki dərəcəsində yarışacaq Emin Əhmədov isə mübarizəyə birbaşa 1/8 finaldan qoşulub. O, İslam Tolba (Misir) – Neven Zuqay (Xorvatiya) cütünün qalibi ilə güləşəcəkdi. Emin sonda xorvatla üz-üzə gəlməli olub və onu məğlub edib - 4:0, 1:0. Onun növbəti rəqibi gürcü Zurab Datunaşvili idi. İlk hissədə gürcü idmançı güclü olub - 3:0. Amma ikinci hissədə Emin bunun əvəzini çxımağı bacarıb - 3:0. Üçüncü hissədə isə Emin möhtəşəm çıxış edərək, 4:0 hesabıyla qələbə qazanıb və yarımfinala yüksəlib. Yarımfinaldakı rəqib erməni idmançı Arsen Julfalakyan idi. Çox təəssüf ki, Emin bu görüşdə 0:2, 0:3 hesabıyla uduzaraq, finala çıxa bilməyib. Amma Əhmədov bir təsəlliverici görüşdə qələbə qazanmaqla Azərbaycana bürünc medal qazandıra bilər.

AzNews.az

Bağla X