11:10
(077) 610-22-33

Teymur Məmmədov üçün yarımfinalda tanış rəqib

  • >
774 6 Avqust 2012 08:06 | İdman

Boksçumuz 3-cü döyüşünə avqustun 10-da çıxacaq

London Olimpiadasının yarımfinalında Azərbaycan boksçusu Teymur Məmmədovun rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, ilk 2 döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn həmyerlimiz 1/2 finalda italiyalı Klemente Russo ilə döyüşəcək.

Bu idmançı isə Azərbaycan boks azarkeşlərinə yaxşı tanışdır. Russo WSB liqasının fərdi döyüşlərində (finalda) Məhəmmədrəsul Məcidovla qarşılaşmışdı və qələbə qazanmışdı. Bu dəfə Teymur ondan qisas ala bilər.Dünya çempionatının finalçısı olan Məmmədov 3-cü döyüşünə avqustun 10-da Bakı vaxtı ilə saat 19:45-də çıxacaq.

Qeyd edək ki, Teymur yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edib.


AzNews.az


Bağla X