11:14
(077) 610-22-33

Rövşən Bayramov gümüş medalı göz yaşları içində aldı

  • >
1 598 6 Avqust 2012 08:21 | İdman

Pekin olimpiadasında da gümüş medal qazanan Rövşən Bayramovun London hədəfi qızıl medal olduğu üçün, idmançımız gümüş medalı göz yaşları içində alıb. AzNews.az-ın Xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Azərbaycan bayrağını London olimpiadasında qaldıran 25 yaşlı güləşçimiz Rövşən Bayramov medalların təqdimatı zamanı ağlayıb. Pekin olimpiadasında da gümüş medal qazanan Rövşən Bayramovun London hədəfi qızıl medal olduğu üçün, idmançımız gümüş medalı göz yaşları içində alıb.Rövşən Bayramov 1987-ci il mayın 7-də Bakıda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Uşaqlıq yaşlarından yunan-roma güləşi ilə məşğul olan idmançımız iki qat Avropa çempionu adını qazanmış, hərbçilər arasında dünya çempionatının qalibi olmuş, dünya çempionatının və 2008-ci ildə Pekin Olimpiya Oyunlarnın gümüş mükafatına layiq görülüb. Rövşən Bayramov prezidenti İlham Əliyev tərəfindən idman sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif edilib.


AzNews.az

Bağla X