00:03
(077) 610-22-33

Emin Əhmədov: “Mənə heç kim inanmırdı“

  • >
896 6 Avqust 2012 09:59 | İdman

"Etiraf edim ki, xeyli səhvə yol verdim"


Azərbaycanın London Yay Olimpiadasındakı təmsilçilərindən yunan-roma güləşçisi Emin Əhmədov bürünc medal uğrundakı görüşündən sonra azerisport.az saytının suallarını cavablandırıb.


- Emin, təəssüratlarını bilmək istərdik...


- Mənə heç kim inanmırdı. Amma olimpiya medalını qazana bildim. Bundan sonra təəssüratlarım necə ola bilər?


- Finala çıxmaq cəhdiniz alınmadı. Niyə?


- Etiraf edim ki, xeyli səhvə yol verdim. Həmçinin təcrübəmin azlığı da mane oldu. Çünki bu, həyatımdakı ilk böyük turnir idi. Bununla özümə heç bir bəraət qazandırmaq fikrim yoxdu. Finla çıxmağı çox istəyirdim. Özü də lap çox. Amma alınmadı.


- Amma yarımfinala qədər inamla irəliləmişdiniz...


- Düzdü, xorvat və gürcü rəqiblərimlə görüşlərdə xüsusi çətinlik hiss etmədim. Amma yarımfinalda əksinə oldu. Ola bilsin ki, Julfalakyanı sona kimi analiz etməmişdim. Günah özümdədi.


- Elə bürünc medal uğrundakı görüş də asan keçmədi...


- Bəli. Amma bu belaruslu güləşçini beynəlxalq turnirdə də məğlub etməyi bacarmışdım. O vaxt təmiz qələbə ilə üstün olmuşdum. Amma bu dəfə bir qədər çətinliklə başa gəldi.


- Rövşən Bayramov gümüş medal qazansa da, ağlayırdı. Amma siz "bürünc"ə görə çox sevinclisiz...


- Bürünc medal mənim üçün super-uğurdu. Çünki mənə heç kim inanmırdı. Artıq Azərbaycan güləşində yeni sima var.


AzNews.az

Bağla X