Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib

Prezident İlham Əliyev Olimpiadada yunan-Roma güləşini izlədi

Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib


Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan idmançılarına dəstək vermək üçün avqustun 5-də yunan-Roma güləşi yarışlarına baxıb. APA-nın verdiyi xəbərə görə, keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimizdən yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov gümüş medal, 74 kiloqram çəki dərəcəsində Emin Əhmədov isə bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb. Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.


AzNews.az