Olimpiadanın finalçıları bəlli oldu


London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub. Finala vəsiqə uğrunda Meksika yığması Yaponiya ilə qarşılaşıb. Hesabı yaponlar açıb. Amma sonradan 3 qol vuran meksikalılar əzmkar qələbə sayəsində Olimpiadanın finalına vəsiqə qazanıblar. Digər yarımfinal oyununda isə Braziliya ilə Cənubi Koreya üz-üzə gəlib. Öncədən də gözlənildiyi kimi, braziliyalılar asan qələbə sayəsində finala vəsiqə qazanan tərəf olublar.

London-2012
Futbol (Yarımfinal)

7 avqust

Meksika - Yaponiya – 3:1
Braziliya – Cənubi Koreya - 3:0

Beləliklə, avqustun 11-də keçiriləcək final oyununda Braziliya və Meksika yığmaları üz-üzə gələcək. Bundan bir gün öncə isə Cənubi Koreya və Yaponiya milliləri bürünc medalların sahibini müəyyənləşdirəcək.

AzNews.az

Copyright © 2024