Legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq Legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq

Sonuncu atletimiz mübarizəyə qoşulur

Legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq



Bu gün XXX London Yay Olimpiya oyunlarında daha bir atletimiz mübarizəyə qoşulacaq. Bu idman növündə son təmsilçimiz legioner Hayle İbrahimov qaçış zolağına çıxacaq. AzNews.az-ın xezerxeber.com-a instinadən verdiyi məlumata görə, birinci qrupda yer alan legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq. 22 nəfərin mübarizə aparacağı qrupdakı yarışlara Bakı vaxtı ilə saat 14:45-də start veriləcək. Qeyd edək ki, ötən gün olimpiadada debüt edən atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə yürüşü 32-ci pillədə başa vurmaqla mübarizəni dayandırmışdı.

AzNews.az