18:35
(077) 610-22-33

Daha bir gümüş medal qazandıq

  • >
621 8 Avqust 2012 21:37 | İdman

Mariya Stadnik Olimpiadanı gümüşlə başa vurdu


Bu gün Azərbaycanın daha bir güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, qadın güləşində qüvvəsini sınayacaq Mariya Stadnik idi. 48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi isə Klarissa Çun (ABŞ) olub. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub və növbəti mərhələyə adlayıb. 1/4 finalda Mariya polşalı Nina Matkovska ilə üz-üzə gəlib. Bu rəqibinə də heç bir şans verməyən Azərbaycan güləşçisi 2:0, 4:1 hesabıyla qalib gələrək, yarımfinala çıxıb. Finala çıxmaq yolunda idmançımızı Ukrayna təmsilçisi - İrini Merleni gözləyirdi. Mariya bu rəqibini də məğlub edib (1:0, 2:0) və adını finala yazdırıb. Həlledici görüşdəki rəqib isə yaponiyalı Hitomi Obara idi. Mariya final görüşünə də möhtəşəm başlayıb. İlk yarıda təmsilçimiz 4:0 hesabıyla üstün olub. İkinci hissədə isə yapon güləşçi qalib gəlməyi bacarıb - 1:0. Bu üzdən hər şeyə son raundda aydınlıq gətirilib. Lakin təəssüf ki, bu raundda da yaponiyalı üstün olub - 2:0. Beləcə, Stadnik gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısı idi. Hər halda bu dəfəki gümüş medal da ciddi uğurdu. Təbriklər, Mariya!


Emin Abbasov

AzNews.az

Bağla X