15:08
(077) 610-22-33

Neftçi Çempionlar Liqasındakı çıxışını dayandırdı

  • >
441 9 Avqust 2012 07:49 | İdman

Azərbaycan çempionu III təsnifat mərhələsində İsrailin Kiryat-Şmona şəhərini təmsil edən "Hapoel"lə oyunda iki oyunun nəticəsinə görə, məğlub olaraq mübarizəni yarıda saxlayıb.

AzNew.az-ın məlumatına görə, ilk görüşdə 0:4 hesabı ilə uduzan flaqmanı cavab qarşılaşmasında 5 top fərqi ilə qələbə qazanmalı idi ki növbəti mərhələyə adlasın. Lakin cavab qarşılaşması 2-2 hesabı ilə bitib və iki görüşün nəticəsinə görə, neftçi məğlub olub. 31-ci dəqiqədə Culius Vobay cərimə zərbəsini ustalıqla yerinə yetirərək, topu uzaq küncə göndərib.

Neftçi 1:0. üstünlüyü ilə fasiləyə yollanıb. kinci hissəyə "Hapoel" qolla başlayıb. 50-ci dəqiqədə Barak Badaş hesabı bərabərləşdirib. . 63-cü dəqiqədə oyuna daxil olan Cavid İmamverdiyev bundan "Neftçi"ni hesabda yenidən önə çıxarıb. O, Vobayın cinah asmasını başla tora göndərib. Lakin flaqman yenə qələbəni qoruya bilməyib. Oyuna əlavə olunan dəqiqələrdə Laslo Lençe "ağ-qaralar"ın müdafiəsindəki növbəti kobud səhvdən məharətlə yararlanıb – 2:2.

"Neftçi" "Hapoel" qarşısında aciz qalıb. Çempionlar Liqasında çıxışlarını dayandıran flaqman indi mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək. Növbəti rəqib avqustun 10-da Püşk atmalardan sonra məlum olacaq


Bahadur Qobustan

AzNew.az


Bağla X