03:41
(077) 610-22-33

Azərbaycanlılar ermənilərlə sülh bağladılar

  • >
1 402 1 Dekabr 2013 12:50 | İdman

Şahmat yığmamız Dünya çempionatında Levon Aronyanın lideri olduğu Ermənistan kollektivi ilə üz-üzə gəlib


Türkiyənin Antalya şəhərində keçirilən komandalar arasında dünya çempionatında növbəti turun oyunları keçirilib. Anspress-in məlumatına görə, dünya birinciliyində mübarizə aparan yığmamız prinsipial rəqib - Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib.

Birinci lövhədə Ermənistan yığmasının lideri Levon Aronyanla qarşılaşan Rauf Məmmədov rəqibinin oyunun gedişində əldə etdiyi üstünlüyünü heçə endirərək 127-ci geişdə heç-heçəyə razılaşıb.

Sergey Movsisyan Eltac Səfərli ilə heç-heçə oynayıb.

Vladimir Akopyanın 39-cu gedişdə Nicat Məmmədovu mat etməsindən sonra Vasif Durarbəyli Qabriel Sarkisyana qalib gələrək hesabı bərabərləşdirib.

Komandamız bu heç-heçədən sonra 5 xalla 6-cı yerdədir. Ukrayna 10 xalla Dünya çempionatına liderlik edir. Rusiya 7 xalla ikincidir. 6-cı turda yığma komandamız ABŞ kollektivini sınağa çəkəcək.


AzNews.az
Bağla X