Sərvət Təzəgül: “Qızıl medalı iki ay öncə dünyasını dəyişən anama həddiyyə edirəm” Sərvət Təzəgül: “Qızıl medalı iki ay öncə dünyasını dəyişən anama həddiyyə edirəm”

Türkiyə London Olimpiadasından ilk qızıl medalını qazandı

Sərvət Təzəgül: “Qızıl medalı iki ay öncə dünyasını dəyişən anama həddiyyə edirəm”


Türkiyəyə 2012 London Olimpiyadalarındakı ilk qızıl medalı qazandıran Sərvət Təzəgül olub. 68 kiloda tatamiyə çıxan milli taykvandoçu finalda iranlı Mohamməd Bağherini 6-5 hesabı ilə məğlub edərək qızıl medalı əldə edib.
AzNews.az ın Dha.com.tr xəbər saytına istinadən verdiyi məlumatda Sərvət Təzəgülün "Türk millətinin duaları ilə çempion oldum, hədəfə çatdım. Son üç ildə heç bir məğlubiyyətim yoxdur. Bura gəlməzdən öncə bir qədər zədəm var idi.
Ancaq türk həkimləri mənim qayğıma çox yaxşı qaldılar. Hər kəsə dəstəyi üçün çox təşəkkür edirəm. Qızıl medalı isə iki ay öncə dünyasını dəyişən anama həddiyyə edirəm" dediyi bildirilir.


Bahadur Qobustan

Aznews.az