“Sevilya”nın prezidenti tutulub

İspaniya təmsilçisi "Sevilya"nın prezidenti Xose Maria del Nidoya 7 il yarımlıq həbs cəzası verilib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri korrupsiya və saxtakarlıqda ittiham olunub.

Malaqa məhkəməsi tərəfindən verilən cəzadan sonra Nido 2002-ci ildən icra etdiyi "Sevilya"dakı vəzifəsindən də kənarlaşdırılıb.


AzNews.az