17:47
(077) 610-22-33

Boksçumuz öz çəkisində dünyanın ən güclüsüdür

  • >
450 6 Dekabr 2013 21:11 | İdman

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) planetimizin ən güclü boksçularının dekabr ayı üçün reytinqini açıqlamışdır.
AzərTAc xəbər verir ki, reytinqdə ilk on idmançı arasında yer tutan Azərbaycan boksçuları ilə bağlı noyabr ayı ilə müqayisədə dəyişiklik baş verməmişdir.
İkiqat dünya çempionu Maqomedrəsul Məcidov 91 kiloqramdan yuxarı çəki dərəcəsində əvvəlki kimi birinci yeri tutur. Onun oktyabrda dünya çempionatının finalında və yarımfinalında məğlub etdiyi İvan Dıçko (Qazaxıstan) və Roberto Kamarelle (İtaliya) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşürlər.
Builki dünya çempionatının bürünc mükafatını qazanmış Teymur Məcidov (91 kq-dək çəki dərəcəsi) ikinci, argentinalı Yamil Alberto Peralta Xaara 3-cü yerdədirlər.
Onu da qeyd edək ki, Elvin Məmişzadə (52 kq) beşinci, dünya çempionu Cavid Çələbiyev (56 kq) altıncı yeri tutur.


AzNews.az
Bağla X