Boksçularımız beynəlxalq turnirdə 17 medal qazanıb

Azərbaycan Texniki Universitetinin İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.
AzərTAc xəbər verir ki, turnirdə Azərbaycan boksçuları 17 medal qazanıblar, onlardan üçü qızıldır.
Belə ki, Məsud Yusifzadə (52 kq), Orxan Əliyev (81kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, turnirə Azərbaycan boksçuları ilə yanaşı Rusiyadan, Qazaxıstandan, Hindistandan, Özbəkistandan, Gürcüstandan və Ukraynadan idmançılar iştirak ediblər.


AzNews.az