Elçin Zeynalov Demyanenko, Bezuqlıy və Prokopenkonu kanoe yığmasından uzaqlaşdırdı Milli Avarçəkmə Federasiyasına yeni idmançıların cəlb olunmasına göstəriş verildi Elçin Zeynalov Demyanenko, Bezuqlıy və Prokopenkonu kanoe yığmasından uzaqlaşdırdı Milli Avarçəkmə Federasiyasına yeni idmançıların cəlb olunmasına göstəriş verildi

Federasiya prezidentindən şok addım - Eksklüziv

Elçin Zeynalov Demyanenko, Bezuqlıy və Prokopenkonu kanoe yığmasından uzaqlaşdırdı Milli Avarçəkmə Federasiyasına yeni idmançıların cəlb olunmasına göstəriş verildi


30-cu Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının uğursuz iştirakı bəzi Federasiya prezidentlərini ciddi narahat etməyə başlayıb. Hətta bu narahatçılıqlar artıq özünü biruzə verməkdədir.

AzNews.az-a verilən xəbərə görə, Olimpiadada kanoeçilərimizin uğursuz çıxışı Azərbaycan Milli Avarçəkmə Federasiyası rəhbərliyinin ciddi narazılığına səbəb olub.

Belə ki, əsas medal ümidlərimizdən hesab olunan 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun və bir sıra mötəbər turnirlərdə ölkəmizə qələbələr qazandıran Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyünün mükafatçılar sırasına düşə bilməməsi Federasiya prezidenti Elçin Zeynalovu köklü dəyişikliklər etməyə məcbur edib.

Məlumata əsasən, kanoeçilərin yarışından sonda AMAF prezidenti yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov ilə görüşərək ukraynalı mütəxəssisdən uğursuzluqların səbəbləri barədə hesabat tələb edib.

Bundan əlavə, E. Zeynalov baş məşqçinin nəzərinə çatdırıb ki, Olimpiadada ölkəmizi təmsil edən Demyanenko, Bezuqlıy və Prokopenkonun kanoe yığmasından uzaqlaşdırılaraq, onların əvəzinə ölkəmizə yeni idmançıların cəlb olunması vacibdir.

Məlumatda qeyd olunur ki, güman ki, çıxarılan qərar yığmamızın ölkəyə qayıdışından sonra rəsmən açıqlanacaq.

Xatırladaq ki, Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə iştirak edib və çıxışını seçmə mərhələdəcə yekunlaşdırıb. Ukraynalı legioner finiş xəttinə 44,194 saniyə ilə axırıncı çatıb. Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət cütlük isə 2 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə 4-cü yeri tutub. Ümümi nəticədə idmançılar finişə 3 dəqiqə 37,219 saniyəyə çatıb və mükafatçılar sırasına düşə bilməyib.


Emin Abbasov

AzNews.az