11:51
(077) 610-22-33

Kəmaləddin Heydərov əsəbiləşdi

  • >
1 653 11 Avqust 2012 11:06 | İdman

"Hakimlər Azərbaycan boksçularını uduzdurdular"


Milli komandamızın üzvü Məhəmmədrəsul Məcidovun XXX Yay Olimpiya Oyunlarında mübarizədən kənarlaşdırılması birmənalı qarşılanmayıb.
Olimpiya.az saytının Londona ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, idmançımızın yarımfinalda uduzdurulmasından sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Çinq-Kuo Vuya kəskin etirazını bildirib.

Heydərov olimpiadada hakimlərin Azərbaycan boksçularına qarşı bir qayda olaraq, ədalətsiz mövqe tutmalarından narazılığını büruzə verib. O, təkcə Məhəmmədrəsul Məcidov deyil, yarımfinalda çıxışını dayandıran digər təmsilçimiz Teymur Məmmədovun da bilərəkdən uduzdurulmasını AIBA prezidentinin nəzərinə çatdırıb və bütün bunlarla bağlı lazımi tədbir görülməsinin vacibliyini bildirib.

Öz növbəsində Çinq-Kuo Vu məsuliyyəti üzərindən ataraq, hakimlərin işinə müdaxilə edə bilmədiyini deyib.
Buna baxmayaraq, Azərbaycan Boks Federasiyasının prezidenti əsaslı etirazını davam etdirib: "Necə olur ki, Azərbaycan idmançısının nəticəsi sonradan ləğv olunur, onun rəqibinə qalibiyyət verilir, lakin bu gün hamının gözü qarşısında boksçularımıza qarşı qeyri-obyektiv qərarlar verən hakimlərin işinə müdaxilə etmək müşkülə çevrilir?"

Təbii ki, AIBA rəhbəri bu suala cavab verməyə çətinlik çəkib.

Xatırladaq ki, London Olimpiadasında məhz hakimlərin səhv qərarları ucbatından ölkəmizin heç bir boksçusu finala qədər irəliləyə bilməyib.


AzNews.az

Bağla X