Qızıl medalını zəlzələdən zərər çəkənlərə bağışladı -Eksklüziv

Londonda keçirilən 30-cu Yay Olimpiya oyunlarında İrana qızıl medal qazandıran güləşçi Qasım Rzayi qızıl medalını zəlzələdən zərər çəkənlərə bağışlayıb. İran KİV-nin məlumatına görə, əslən azərbaycanlı olan Q.Rzayinin bu addımını başqa bir azərbaycanlı Olimpiya medalçısı Ehsan Həttadi də təkrarlayıb.


Gümüş medalın sahibi olan E.Hattadi də medalını zəlzələ bölgəsinin sakinlərinə bağışladığını bildirib. Məşhur azərbaycanlı futbolçu İran futbolunun əfsanəsi adlandırılan Əli Dayi isə məşqçisi olduğu "Rahən" futbol komandasının məşqlərini yarımçıq saxlayaraq zəlzələ bölgəsində xilasetmə əməliyyatlarına qatılıb.


Alpər

AzNews.az