01:28
(077) 610-22-33

Qızıl medallar Bakıya gəldi

  • >
913 15 Avqust 2012 08:02 | İdman

Şərif Şərifov: "Heç məğlubiyyət haqqında düşünmürdüm"



XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılar bu gün səhər vətənə dönüblər. AzNews.az-ın məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət, idman federasiyalarının nümayəndələri qarşılayıblar. Sərbəst güləş üzrə olimpiya çempionu adını qazanan Şərif Şərifov jurnalistlərlə yarış təəsüratlarını bölüşüb. "Mən çox şadam ki, Olimpiya qızılını qazandım. Xəyalım gerçəkləşib", - idmançı bildirib.

Şərifovun sözlərinə görə, o Londona ancaq qələbə üçün gedib: "Mən çempion olmağımdan heç şübhə etməmişəm, çünki bu mənim ən böyük arzum idi. Heç məğlubiyyət haqqında düşünmürdüm. Düzdür, Türkiyəli və İranlı rəqiblərim heç də asan rəqib deyildilər - lakin buna baxmayaraq mən istədiyimə nail oldum", - Şərifov deyib. İdmançı, yığmamıza göstərilən diqqət və qayğıya görə azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib.


Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb. Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub. Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.


AzNews.az

Bağla X