15:21
(077) 610-22-33

“Bakı“ 4 futbolçusunu Fransaya göndərdi

  • >
156 8 Yanvar 2014 16:52 | İdman

"Bakı" klubu 4 futbolçusunu Fransaya yola salıb.

AzNews.az Trend klubun saytına istinadən məlumat verir ki, bir müddət öncə "Bakı" Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün klubun əməkdaşlıq etdiyi Madrid "Atletiko"sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərilmişdi.

"Bakı"nın prezidenti Hafiz Məmmədovun şəxsi təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən dövlət proqramına dəstək xarakteri daşıyır. Eyni zamanda, planlı şəkildə görülən bu işlər Azərbaycan futbolunun gələcəyinə hesablanıb.

Belə ki, İspaniya klubunun akademiyasına yollanan 2000-2001-ci il təvəllüdlü bu futbolçular 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin əsas heyətini təşkil edəcək.

Bu gün "Bakı" Futbol Akademiyasının daha dörd yetirməsi - Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün daha bir tərəfdaş klub - "Lans"ın düşərgəsinə göndərilib. Gənc futbolçularımız qarşıdakı həftələrdə "Lans"ın əsas komandası ilə birgə məşqlərə qatılacaq.

AzNews.az
Bağla X