Belçikalı idmançı Dakar Rallisində öldü


Belçikalı motosikletçi Pallant Dakarda ölüb.

Aznews.az rus mətbuatına istinadən bildirir ki, Dakar Rallisində növbəti faciə baş verib. Belçikalı idmançı Erik Pallant 5 - ci etapın 143 - cü milində ölü vəziyyətdə tapılıb.
Hələ ki, 50 yaşlı idmançıya nə gəlməsi müəmma olaraq qalır. Onun bədənini digər idmançı yoldaşı tapıb.
Ölümün baş vermə səbəbi aydınlaşdırılır.
Təşkilatçılar artıq baş verən hadisə ilə əlaqədar baş sağlığı veriblər.
Xatırladaq ki, rallidə indiyə qədər 2 jurnalist də həyatlarını itirib.

Azər
AzNews.az