03:39
(077) 610-22-33

Prezident Olimpiya qəhrəmanlarımızdan danışdı – Video

  • >
754 16 Avqust 2012 13:11 | İdman

“Sevindirici hal odur ki, Olimpiadada medal qazananlar gənc idmançılardır”



London Olimpiadasında olimpiyaçılarımızın göstərdiyi nəticəyə ilk dəfə prezident İlham Əliyev münasibət bildirib.

AzNews.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadənin iqamətgahında baş tutan iftar süfrəsində dövlət başçısı olimpiyaçılarımızın çıxışını uğurlu adlandırıb: "Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan dövləti güclü dövlətdir. Əlbətdə ki, idman sahəsində də həmçinin. Ən sevindirici hal budur ki, qızıl, gümüş, bürünc medalları qazananlar gənc idmançılardır. Onlar müstəqillik dövründə yetişmiş idmançılardırlar. Dövlətin idmana göstərdiyi qayğı və diqqət nəticəsində artıq peşakar səviyyədədirlər. Olimpiada ərzində idmançılarımız Azərbaycan bayrağını 10 dəfə qaldırdılar və Dövlət Himnimizi 2 dəfə səsləndirdilər".

Xatırladaq ki, London-2012-də idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

AzNews.az
Bağla X