16 yaşlı futbolçu məşq zamanı öldü


AzNews.az "Ukrayna futbolu" qəzetinə istinadən xəbər verir ki, "Sevastopol" futbol komandasının 16 yaşlı futbolçusu Pavel Tkaçenko məşq zamanı vəfat edib.

O, futbol meydançasında qəfildən yıxılıb. Komanda həkiminin və sonra özünü yetirən təcili yardım həkimlərinin ciddi səylərinə baxmayaraq, gənc idmançını xilas etmək mümkün olmayıb.

"Svestapol" klubunun rəsmi matçında Pavel Tkaçenkonun xatirəsi bir dəqiqəlik sükütla yad ediləcək.

Bu hadisə Ukrayana futbolunda baş verən ölüm statistikasına kədərli səhifə açıb.

Azər
AzNews.az