“Neftçi“ “Fənərbaxça”nı məyus etdi- VİDEO+Foto

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" ilə "Fənərbaxça" klubu ilə yanvarın 18-də hazırlıq oyunu keçirib.

"Fənərbaxça" ilə yoldaşlıq görüşü Antalyanın "Mardan" stadionunda baş tutub. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

"Fənərbaxça"-"Neftçi" oyununun 1-ci hissəsi 0-0 hesabı ilə sona çatıb. Oyun "Fənərbaxça"nın tam üstünlüyü ilə keçib. Hətta, bir dəfə top "Neftçi"nin qapı dirəyinə də dəyib.

Xatırladaq ki, təmsilçimiz Antalyadakı ilk hazırlıq oyununda Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub edib.