20:30
(077) 610-22-33

“Qırmızı şeytanlar“ “üçlüy“ə düşə bilmədilər

  • >
439 23 Yanvar 2014 11:17 | İdman

İngiltərənin "Mançester Yunayted" futbol klubu 2012/13-cü il mövsümündə ilk dəfə dünyanın dörd ən iri auditor şirkətindən olan "Deloyt" versiyası üzrə ən gəlirli futbol klubları reytinqində "üçlüy"ə daxil olmayıb. Bu, reytinqin mövcud olduğu 17 il ərzində ilk dəfədir ki, baş verir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi Britaniya KİV-nə istinadən xəbər verir.

"Qırmızı şeytanlar" gəlirlərinin 395,9 milyon avrodan 423,8 milyona qədər artmasına baxmayaraq dördüncü yerə düşüb.

"Top-10" belədir:

1. "Real" (İspaniya) - 518,9 milyon avro;
2. "Barselona" (İspaniya) - 482,6;
3. "Bavariya" (Almaniya) - 431,2;
4. " Mançester Yunayted " (İngiltərə) - 423,8;
5. "Pari Sen-Jermen" (Fransa) - 398,8;
6. "Mançester Siti" (İngiltərə) - 316,2;
7. "Çelsi" (İngiltərə) - 303,4;
8. "Arsenal" (İngiltərə) - 284,3;
9. "Yuventus" (İtaliya) - 272,4;
10. "Milan" (İtaliya) - 263,5 milyon avro.

Ötən mövsümdə reytinqin ilk iyirmi klubunun gəliri cəmi səkkiz faiz artaraq 5,4 milyard avro təşkil edib.

AzNews.az
Bağla X