“Qarabağ” mövsümün yeni rekordunu müəyyənləşdirdi “Qarabağ” mövsümün yeni rekordunu müəyyənləşdirdi

Futbol üzrə Azərbaycan premyer-liqasının 3-cü turunun son oyunları keçirilib

“Qarabağ” mövsümün yeni rekordunu müəyyənləşdirdi



Milli çempionatımızın ikinci oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:

"İnter" – "Xəzər-Lənkəran" (0:0)
"Sumqayıt" – "Qarabağ" (1:6)

Qollar: Sabir Allahquliyev, 74 / Riçard Almeyda, 14. Rəşad Sadıqov, 21 (penalti). Vüqar Nadirov, 60. Muarem Muarem, 64. İlqar Qurbanov, 81. Namiq Yusifov, 90+1

Nəzərinizə çatdıraq ki, Sumqayıtda baş tutan görüş cari mövsümün ən məhsuldar oyunu oldu. Yekunda, üçüncü turun nəticələrindən sonra "Qarabağ" 7 xalla turnir cədvəlinin lideri mövqeyində qərarlaşıb. Bakının AZAl klubu da eyni xallara malikdir, amma əlavə göstəricilərə görə, ağdamlılar "təyyarəçilər"dən bir pillə yuxarıda yerləşirlər. Üçüncü yeri "Simurq", dördüncü yeri isə "Xəzər-Lənkəran" tutur.

Emin Abbasov
AzNews.az