19:32
(077) 610-22-33

Soçidə Azərbaycanın bayraqdarı Fuad Quliyev olacaq

  • >
2 038 31 Yanvar 2014 18:09 | İdman

Fevralın 7-də Rusiyanın Soçi şəhərində startı veriləcək XXII Qış Olimpiya Oyunlarında ölkəmizin bayrağını aparacaq sima bəlli olub.

Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq.

Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.

Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.


AzNews.az
Bağla X