06:40
(077) 610-22-33

Almaniya Kubokunda favoritlər rəqiblərini əzdilər

  • >
558 21 Avqust 2012 13:36 | İdman

Futbol üzrə Almaniya Kubokunda yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, rəsmi olaraq "DFB-Pokal" adlanan ölkə kuboku uğrunda bütövlükdə 64 klub mübarizə aparırdı. Həmin klubların arasında 18 əsas, eləcə də bir o qədər ikinci Bundesliqa təmsilçiləri yer almaqdaydı. Qalan iştirakçılar isə Almaniyanın regional liqalarında çıxış edən klublar idi. Qeyd edək ki, bu mərhələdə mübarizə bir oyundan ibarət idi.

Qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazandığı halda, məğlublar kubokla vidalaşmalı olublar. Kubokun ilk iki oyun günündə elə də ciddi sensasiya baş verməyib. Amma üçüncü oyun günündə birdən-birə xeyli sürpriz nəticə qeydə alınıb. Belə ki, "Hamburger", "Nurnberg", "Hertha", "Eintracht", "Werder" kimi aparıcı klublar özlərindən daha zəif komandalarla görüşlərdə məğlubiyyətlə üzləşərək, kubokdan kənar düşüblər.

Son oyun günündə də ciddi sensasiya qeydə alınmayıb. Beləcə, növbəti mərhələyə vəsiqə qazanan bütün 32 klubun adına aydınlıq gəlib. Onların adları aşağıda fərqləndirilib.

Almaniya kuboku

1-ci mərhələ


17 avqust

Sonnenhof Grobaspach – Frankfurt – 1:2

Lubeck – Braunschweig – 0:3

Wilhelmshaven – Augsburg – 0:2

18 avqust

Alemannia Aachen – Borussia (Mönhenqladbax) – 0:2

Berlin Ankaraspor – Hoffenheim – 4:0

Carl Zeiss Jena - Bayer – 0:4

Falkensee/Finkenkrug – Stuttgart – 0:5

Hallescher – Duisburg – 0:1

Oberneuland - Borussia (Dortmund) – 0:3

Offenburger - St. Pauli – 0:3

Unterhaching – Cologne – 1:2

Victoria Hamburg – Freiburg – 1:2

Heidenheim – Bochum – 0:2

Schonberg – Wolfsburg – 0:5

Kickers Offenbach - Greuther Furth – 2:0

19 avqust

Hennef - Munich 1860 - 0:6

Karlsruhe - Hamburger - 4:2

Nottingen - Hannover - 1:6

TSV Havelse - Nurnberg - 3:2

Wormatia Worms - Hertha - 2:1

Arminia Bielefeld - Paderborn - 3:1

Erzgebirge - Eintracht Frankfurt - 3:0

Preussen Munster - Werder - 4:2

Saarbrucken - Schalke - 0:5

Aalen - Ingolstadt - 3:0

Burghausen - Fortuna Dusseldorf - 0:1

Hansa Rostock - Kaiserslautern - 1:3

Rossbach/Verscheid - Mainz - 0:4

20 avqust

Chemnitzer - Dinamo (Drezden) - 0:3

Essen - Union Berlin - 0:1

Sandhausen - Energie Cottbus - 3:0

Regensburg – Bayern - 0:4

AzNews.az

Bağla X