16:43
(077) 610-22-33

“Neftçi”nin prezidenti komandaya yüksək məbləğdə mükafat vəd etdi - Eksklüziv

  • >
1 633 21 Avqust 2012 22:03 | İdman



Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan "Neftçi" Avroliqanın pley-off mərhələsinə ciddi hazırlaşır. Avqustun 23-də Kiprin APOEL klubunu qəbul edəcək bakılılar iki oyunun cəminə görə qələbə qazanacağı təqdirdə rəhbərlik tərəfindən mükafatlandırılacaq.

AzNews.az saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, klub prezidenti Sadıq Sadıqov artıq komandanın məşqçilər korpusu ilə görüşərək, onlara yüksək məbləğ vəd edib. Konkret rəqəmlər açıqlanmasa da, bu mükafatın "Zestafoni" üzərində qələbəyə görə verilən məbləğdən yüksək olacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, Gürcüstan çempionu ilə oyunlarda qazanılan qələbə hər futbolçuya 5000 manat qazandırmışdı.

Yaşar
AzNews.az

Bağla X