21:37
(077) 610-22-33

Top oynadan gürcü futbolçular cəzalandı

  • >
407 22 Avqust 2012 15:54 | İdman

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunun "İnter" – "Xəzər Lənkəran" matçından sonra baş verən olaylarla bağlı sərt qərarlar çıxarıb. AzNews.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter"in gürcüstanlı legionerləri İlia Kandelaki və Baçana Tsxadadze, eləcə də "Xəzər Lənkəran"ın və Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev 2 oyunluq cəzalanıb. Buna hər 3 futbolçunun aqressiv hərəkətləri səbəb olub. Eyni zamanda "İnter"ə 4000 manat, "Xəzər Lənkəran"a 2000 manat cərimə kəsilib. Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün "İnter" daha 3000 manat ziyana düşüb. Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.


Aynur

AzNews.az

Bağla X