Azərbaycan bayragı “Lenin” zirvəsinə sancıldı


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət ekspedisiya qrupu Pamir daрlarının ən hündür zirvəsi olan "Lenin" zirvəsinə (7134 m) təşkil olunmuş yürüşü uğurla başa vurub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə baş tutan və 19 gün (02-21 avqust 2012-ci il tarixlərində) davam edən yüruşə müxtəlif rayonlarından gənclər qatılıb.

Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ekspedisiya üzvləri- Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov ("Salavat" idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.

8 nəfərdən ibarət ekspedisiyaya beynəlxalq yürüşlərdə iştirak etmiş təcrübəli dağçı, FAİREX-in "Ekstremal" idman klubunun rəhbəri Azərçin Muradov rəhbərlik edib.

E.Əlosmanqızı
AzNews.az

image description