11:45
(077) 610-22-33

Azərbaycanın üç futbol komandası dağıldı

  • >
640 24 Avqust 2012 13:01 | İdman

Azərbaycan çempionatının I divizionunda çıxış edəcək komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda 13 komanda mübarizə aparacaq.

Bunlar "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", "Bakılı", "Lokomotiv", "Şəmkir", "Tərəqqi", "Şuşa", "Energetik", MOİK, "Göyəzən", "Ağsu", "Qala" klublarıdır. Sonuncu 2 komanda – "Ağsu" və "Qala" ilk dəfə ölkə çempionatında iştirak edəcək. Bu 2 klub yeni addırsa, ötən mövsüm bu yarışa qatılan 3 iştirakçı fəaliyyətini dayandırıb.

Azərbaycan futbolunda növbəti "ölən" klublar "Karvan", "MKT-Araz" və "Muğan" olub. Bunlar vaxtilə Premyer Liqada oynamış komandalardır. Sonuncular istisna olmaqla, digər iki komanda avrokuboklarda da çıxış edib. Qeyd edək ki, artıq bu gün saat 16:00-da I divizionun püşkü atılacaq.

AzNews.az
Bağla X