17:22
(077) 610-22-33

Millimiz ABŞ yığması ilə qarşılaşacaq

  • >
848 6 Mart 2014 10:16 | İdman

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Oyunun başlanma saatı və stadion barədə hələlik məlumat verilməyib.

Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisi dünən Filippin yığması ilə yoldaşlıq görüşü keçirib. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu Elvin Yunuszadə vurub.

AzNews.az
Bağla X