07:10
(077) 610-22-33

“Ötən ili uğurla başa vurduq”- Rövnəq Abdullayev

  • >
512 7 Mart 2014 10:57 | İdman

"Hilton" otelində AFFA-nın növbəti konfransı başlayıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən qurumun prezidenti Rövnəq Abdullayev UEFA standartlarına uyğun konfrans keçirməyi qərara aldıqlarını söyləyib.

O, konfransda iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki salamlayıb və tədbiri açıq elan edib.

Abdullayev ötən ili uğurla başa vurduqlarını bildirib. O, yığmamızın 2014-cü il dünya çempionatının seçmə tsiklində 9 xal qazandıqlarını xatırladıb: "2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Bakının sənədlərini 2020-ci il Avropa çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib. Artıq sənədləşmə işlərinin başa çatıb və apreldə çıxarılacaq qərarı gözləyirik. Bakı qalib seçiləcəyi halda, oyunları yüksək səviyyədə keçirməyə hazırıq".
Bağla X