- Köhnə - İdman
- 7 Mart 2014 11:06
- 2 532
AFFA-nın xərcləri nisbətən azalıb
AFFA-nın Maliyyə və Mühasibat Departamentinin rəisi Əli Cavadov qurumun bu gün keçirilən hesabat konfransında 2013-cü ilin maliyyə hesabatını təqdim edib. O bildirib ki, AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edib.
2014-cü ildə xərclər 19 milyon 700 min manat həcmində planlaşdırılır.
Bakı şəhər auditor təşkilatının nümayəndəsi Babək Məmmədov AFFA-nın maliyyə vəziyyətinin qaydasında olduğunu bildirib. Maliyyə hesabatı səsə qoyularaq, qəbul edilib.
AzNews.az