“Qəbələ” sumqayıtlıları darmadağın etdi

Futbol üzrə Azərbaycan premyer-liqasının 4-cü turu çərçivəsində üç oyun keçirilib. Mərdəkandakı "Dalğa Arena"da Ağdamın "Qarabağ" klubu Bakının "Rəvan" komandasını, Tovuzda isə yerli "Turan" digər paytaxt təmsilçisi "İnter"i qəbul edib. Bir neçə dəqiqə öncə başa çatan görüşdə isə "Sumqayıt" "Qəbələ"nin qonağı olub.

"Qarabağ" – "Rəvan" (0:0)
"Turan" – "İnter" (2:3)


Qollar: Salif Ballo, 73. Azər Məmmədov, 84 / Georgiy Adamiya, 58. Vladimir Levin, 88. Slavço Georgiyevski, 90+3.

"Qəbələ" – "Sumqayıt" (4:1)

Qollar: Bruno da Silva, 34. Umar Kalabane, 54; 74. Rəşad Abdullayev, 56/ Ruslan Qurbanov, 19.

Onu da qeyd edək ki, bugün turun daha bir oyunu keçirilir – "Bakı" klubu öz meydanında "Kəpəz"i qəbul edir. Digər iki oyun – AZAL-"Neftçi" və "Xəzər-Lənkəran"-"Simurq" qarşılaşmaları Peşəkar Futbol Liqası tərəfindən təxirə salınıb.

Emin Abbasov
AzNews.az