“Bakı” yeni mövsümdə ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan premyer-liqasının 4-cü turunun son oyunu keçirilib. Cari mövsümün iddialı komandalarından olan "Bakı" doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul etdi.

"Bakı" – "Kəpəz" (3:1)

Qollar: Nurlan Novruzov, 19. Evangelios Mantzios, 48; 76 / Yuriy Fomenko, 55.

Beləliklə, "Bakı" cari çempionatda ilk qələbəsini qazandı. Sonda onu da xatırladaq ki, turun digər iki oyunu – AZAL-"Neftçi" və "Xəzər-Lənkəran"-"Simurq" qarşılaşmaları Peşəkar Futbol Liqası (PFL) tərəfindən təxirə salınıb.

Emin Abbasov
AzNews.az