AFFA 4 klubu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXV turunun qarşılaşmalarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub. Bunun nəticəsində 4 klub cəzalandırılıb.

"Xəzər Lənkəran"la ev oyununda 7 futbolçusu sarı vərəqə ilə cəzalanan "Rəvan" min manat cərimə olunub.

"Neftçi" ilə ev oyununda azarkeşləri meydançaya kənar əşya atdığı üçün "Qəbələ" daha çox xərcə düşüb. Əyalət təmsilçisi 2 min manat ödəməli olacaq. Oyunda "Qəbələ" azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5 min manat cərimə olunur

AZAL - "Simurq" matçında qırmızı vərəqə alan futbolçuların cəzası isə fərqli olub. 73-cü dəqiqədə sonuncu ümid folu ilə cəzalanan İlkin Qırtımov 1 oyunluq kənarlaşdırılıb və "Simurq"u 200 manat ziyana salıb. Elə eyni dəqiqədə azarkeşlərin ünvanına təhqiramiz ifadələr işlədən Aleksandr Şemonayev isə 3 oyunluq cəzaya məruz qalıb. Futbolçusu AZAL-ı 2 min manat ziyana da salıb. Paytaxt təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün daha min manat da cərimə olunub.

AzNews.az