Mourinyo: “Bizim oyunumuz dözülməz idi“

Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo İspaniya çempionatında ilk məğlubiyyətindən sonra komandasını kəskin tənqid edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis "Getafe"yə 1:2 hesablı məğlubiyyətdən sonra qəzəbini gizlətməyib. Mourinyo rəqibin qələbəyə layiq olduğunu etiraf edib: "Bu, yalnız bir səbəbdən idi: "Real" təlaşda idi! Meydanda gördüklərimi nəzərə alsaq, nəticə məni heç təəccübləndirmir. Bizim oyunumuz dözülməz idi və ona baxmaq qeyri-mümkün idi".

"Real" II turdan sonra qələbə qazanmayaraq, 1 xalı olduğu halda, əzəli rəqibi "Barselona" yüzfaizli nəticə göstərib. Mourinyo ilk turda "Valensiya" ilə evdə 1:1 hesablı bərabərliyə elə də üzülmür: "Biz "Valensiya"ya ilk turda uduzsaydıq, 6 xal geri qala bilərdik. Ancaq biz xal qazandıq, çünki qələbə üçün çox şey etdik.

"Getafe" ilə oyunda isə məğlubiyyətə layiq idik. Bu gün, sadəcə, futbolçularla danışmaq istəyirəm. Paltardəyişmə otağında böyük qəzəb var. Mən hətta bununla heç nə edə bilmərəm".Maraqlıdır ki, madridlilər ilk 2 turda 1 xal toplayanda, yaxud bunu da qazanmayanda heç vaxt çempionluq titulu qazanmayıb.

AzNews.az