16:22
(077) 610-22-33

Baş məşqçiyə bir həftə vaxt verildi

  • >
779 18 Mart 2014 12:39 | İdman

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Devid Moyesin istefası barədə ciddi şəkildə düşünüb. Müəyyənləşdirici isə komandanın gələn həftədəki nəticələri olacaq. Trend-in məlumatına görə, bu barədə Britaniyanın ESPN xidməti komandadakı mənbəyə istinadən məlumat verib.

7 gün ərzində komanda ölkə çempionatında iki görüş keçirəcək - 22 martda "Vest Hem" və 25 martda "Mançester Siti" ilə. Eləcə də çərşənbə günü Çempionlar Liqasının 1/8 mərhələsinin cavab qarşılaşması - Yunanıstanın "Olimpiakos" komandası ilə matç baş tutacaq. İlk oyunda Moyesin komandası 0:2 hesabı ilə uduzub.

Ölkə çempionatında "qırmızı şeytanlar" 12 xalla 7-ci yerdədirlər.

AzNews.az
Bağla X