Baş məşqçilərin maaşları artırıldı

Azərbaycan Nazirlər Kabineti "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında" qərarda dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 540 manat məbləğində təsdiq edilib. Buna qədər isə baş məşqcilərin aylıq vəzifə maaşları 430 manat olub.

AzNews.az