14:53
(077) 610-22-33

İdmançılarımız ömürlük cəzalandırıldı- Dopinq qalmaqalı

  • >
918 31 Mart 2014 09:25 | İdman

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idamançılara (IWF) ağır cəza kəsməsi barədə məlumat yayıb. Anspress-in məlumatına görə, IWF-nin rəsmi internet saytı bu barədə öz səhifəsində məlumat yerləşdirib. Yer alan məlumatda dopinq istifadə etdiklərinə görə, cəzalandırılan idmançıların siyahısında 9 azərbaycanlı idmançının da adı yer alıb.

Siyahıda yer alan Azerbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfiqar Süleymanova isə ömürlük yarışlarda iştirak etməyə qadağan edilib.

IWF həmçinin Azərbaycanın Ağırlıqqaldırma Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər verib.

AzNews.az
Bağla X