03:14
(077) 610-22-33

Azərbaycan yığmalarından uğurlu start

  • >
310 28 Avqust 2012 23:54 | İdman

Şahmat üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli yığma komandaları İstanbulda başlayan Ümumdünya Şahmat Olimpiadasına uğurla başlayıb. Belə ki, keçirilən ilk turda komandalarımızın ikisi də qələbə qazanıb. Kişilərdən ibarət komanda Lüksemburq yığmasını, qadınlardan ibarət komandamız isə Puerto-Rikonu eyni hesabla – 4:0 – məğlub edib. Onu da nəzərinizə çatdıraq ki, bugün, avqustun 29-da keçiriləcək ikinci turda kişilərdən ibarət komandamız İrlandiya, qadınlarımız isə Rumıniya ilə qarşılaşacaqlar.

Yaşar
AzNews.az
Bağla X