Nazim Süleymanov “Neftçi”yə qaytarılır - ÖZƏL


Son günlər sosial şəbəkələrdə, o cümlədən ölkənin idman mətbuatında Böyükağa Hacıyevin "Neftçi"nin baş məşqçisi postundan ayrılacağıyla bağlı məlumatlar səngimək bilmir. Hətta Hacıyev özü də mətbuata açıqlamalarında dolayısıyla bildirib ki, mövsümün sonunda paytaxt təmsilçisini tərk edəcək.

Əldə etdiyimiz məlumata görə, Hacıyevin yerinə yenidən Nazim Süleymaovun gətiriləcəyi ehtimalı var.

AzNews.az saytı məsələ ilə bağlı ötənlərin məşhur futbolçusu, tanınmış futbol mütəxəssisi Nazim Süleymanovun fikirlərini öyrənib. Mütəxəssis bildirib ki, bu barədə heç bir məlumata malik deyil: "Bu xəbəri sizdən eşidirəm. Mənə belə bir təklif olunmayıb".

"Belə bir təklif olsa, qəbul edərsinizmi" sualına isə mütəxəssis belə cavab verib: "Əgər bizim dediklərimiz qəbul olunmursa, orda işləməyə dəyməz. Yəni indiki halda belə bir təklif olsa da, qəbul etmərəm".

İntiqam Valehoğlu
AzNews.az