12:15
(077) 610-22-33

Neftçinin futbolçusu Argentina ilə oyuna çağırılmadı

  • >
428 29 Avqust 2012 13:56 | İdman

Paraqvay yığmasının baş məşqçisi Cerardo Pelusso komandanın heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Argentina, 4 gün sonra isə Venesuela ilə keçiriləcək oyunlar üçün 20 futbolçuya dəvət göndərib.

Yığmaya çağırılan futbolçular arasında "Neftçi"nin üzvü Erik Ramos yoxdu. Paraqvaylı mütəxəssis Bakı klubunun 25 yaşlı yeni transferinin xidmətinə ehtiyac duymayıb.

Qeyd edək ki, bu il yığmada 5 oyun keçirən Ramos sonuncu dəfə 9 iyunda Boliviyaya qarşı matçda milli formanı geyinib.

AzNews.az
Bağla X