26 idmançımız dünya çempionatına yollanır 26 idmançımız dünya çempionatına yollanır

DİN-in İdman Cəmiyyətində dünya çempionatına hazırlıq gedir

26 idmançımız dünya çempionatına yollanır



Kikboksinq üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandamız sentyabr ayının 9 –u dünya çempionatına yola düşür. Slovakianın Bratislava şəhərində keçiriləcək yarışda milli komandamızı 26 idmançı təmsil edəcək. Qeyd edək ki, idmançılarımız bu ilin iyun 20-dən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində təlim-məşq toplantısındadırlar.

Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov verib. Onun sözlərinə görə, idmançılarımız milli komandanın baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında məşqlərini davam etdirirlər: "İdmançıların dünya çempionatında iştirak etmələri üçün Azərbaycan Kinqboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin diqqət və qayğısı nəticəsində, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hərtərəfli şərait yaradılıb.

Xüsusilə onu da qeyd etmək lazımdır ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində milli komandamızın məşqləri üçün bütün lazımı şərait yaradılıb. Komanda çempionata yetəri qədər hazırlaşıb. İnanırıq ki, çəkilən bu əziyyət və bizə olan ümidlər özünü doğruldacaq və komandamız həmişə olduğu kimi bu dəfə də böyük naliyyətlər əldə edərək, vətənə qayıdacaq".

Yarışda iştirak edəcək milli komandamızın üzvlərini təqdim edirik:

1. Oruclu Sərxan
2. Şəbiyev Rəvan
3. Məmmədli Qədim
4. Məmmədov Anar
5. Mövsümzadə Emil
6. Əzimov Zöhrab
7. Musayev Ruslan
8. Kazımov Nəsir
9. Süleymanov Məhəmməd
10. İbadullayev Pərviz
11. Məmmədov Süleyman
12. Təhməzov Rafiq
13. Qaraxanlı Məhər
14. Teymurov Zəkullah
15. Əliyev Rəhim
16. Xəlilov Rövşən
17. Əsgərov Sərxan
18. Yusifov Məhəmmədli
19. Atakişiyev Altay
20. Babayev Kamran
21. Bayramov Kamran
22. Cabbarov Taleh
23. Məmmədov Ruhil
24. Vəliyev Nicat
25. Novruzov Ceyhun
26. Məmmədov Ramiz


Əminə
AzNews.az