Millət vəkili respublika çempionatı keçirir- FOTOLAR


Bakıda Kikboksinq və Muay-Tai idman növü üzrə Azərbaycan çempionatı keçirilir.

Bu barədə AzNews.az-a Kikboksinq Federasiyasının baş katibi Rüstəm Rüstəmov məlumat verib.

O deyib ki, çempionat Şağan Olimpiya İdman Kompleksində keçirilir. Yarışa üç çəki dərəcəsi üzrə 510 idmançı qatılıb. Ümumilikdə yarışda 45 klub iştirak edir. Dünən başlayan Respublika çempionatına sabah yekun vurulacaq.

Qeyd edək ki, Kikboksinq Federasiyasının prezidenti Milli Məclisin deputatı Adil Əliyevdir.

Amid
AzNews.az
image description image description image description image description image description