Qızlarla gəzdiyi deyilən milli futbolçu: “O qız bizə qonaq da gəlib”- Özəl

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Elhad Nəziri rumıniyalı jurnalist, "Gazeta Sporturilor"un əməkdaşı Diana Elenanın ittihamlarına cavab verib. Futbolçu AzNews.az saytına açıqlamasında bildirib ki, şəxsi həyata qarışmağa heç kimin ixtiyarı yoxdur. İçki və qadın məsələsinə gəlincə, milli üzvü bu barədə şok açıqlama verib. Məlum olub ki, Diana Elena Elhad Nəziri ilə şəxsən tanış imiş: "Mən həmin xanımın özü ilə də görüşmüşəm. Hətta o bizim evə qonaq da gəlib. Onu necə lazımdır çox yaxından tanıyıram. Onun mənim həyatımda olub-olmamağı ilə bağlı konkret heç nə demək istəmirəm. Bizim baş məşqçimiz Kosmin Kontra dünya səviyyəli futbolçu olub. Oyunu udanda da, uduzanda da yeşiklərlə pivəni gətirib tökürdülər geyinib-soyunma otağaına. Hər bir futbolçu ən azı 1-2 şüşə içki içirdi. Orda içki içmək normal bir şey idi. Biz futbolçuyuq. Komandayla bir yerdə diskotekaya gedəndə içki qəbul etmişik".

Qeyd edək ki, rumın jurnalist apasport.az saytına müsahibəsində Elhad Nazirinin "Petrolul" klubunda çıxış edərkən meydandan kənarda da peşəkar futbolçuya yaraşmayan hərəkətlər etdiyini, içki içdiyini, qızlarla gəzdiyini bildirib.


İntiqam Valehoğlu
AzNews.az